‘Bakcell’in ‘Əla Cin’i yalan çıxdı – Yenə istifadəçilər aldadıldı

‘Bakcell’in ‘Əla Cin’i yalan çıxdı – Yenə istifadəçilər aldadıldı
Bütün Xəbərlər
16:58 12.12.2012
5177

AZXEBER.COM-un məlumatına görə, ANN.az oxucuları tez-tez “Bakcell”in – Azərbaycanda ilk mobil operatorun işindən narazılıqlarını ifadə edirlər. Şikayətlər müxtəlif xarakterli olsa da, onları bir neçə qrupda ümumiləşdirmək olar. Amma onların oxucuya aydın olması üçün daha parlaq nümunələr üzərində dayanaq.  Məsələn, soyadını bildirmək istəməyən Orxan adlı oxucu qeyd edir ki, uzun müddətdir “əla cin” paketinin istifadəçisidir. Bu paket şəbəkədaxili danışıqlar üçün bir saata 7 qəpik, digər abonentlərlə isə dəqiqəsi 9 qəpik ödəniş nəzərdə tutur. İlk vaxtlar abonentin heç bir narazılığı olmayıb. Amma 10 gün əvvəl onun 2 saniyəlik danışığı üçün balansından 7 qəpik çıxılıb, halbuki 2 saniyəyədək bu məbləğ 2 qəpik olmalı idi. Abonent başqalarından öyrənməli oldu ki, üç gün əvvəlki qaydalara görə, tariflər qaldırılıb. Və indi abonent sual edir: nə üçün bizi xəbərdar etməyiblər? Necə olur ki, hər cür bezdirici reklam SMS-ləri göndərilirir, amma tariflərin qaldırılması ilə bağlı xəbərdarlıq göndərilmir? Bundan başqa, əvvəllər abonentlər 80 qəpik (halbuki cəmi 78 qəpik yüklənirdi) məbləğində kredit götürə bilirdilər, sonradan bunun üçün 96 qəpik ödəyirdilər. Amma ötən aydan 1 manatlıq kredit üçün faiz dərəcəsi 20 qəpiyə başa gəlir. Ola bilsin ki, faiz nisbətinə görə bu, doğrudur, amma hesablama zamanı müəyyən çətinliklər ortaya çıxır. Məsələn, əvvəllər 1 manatlıq kartı yüklədikdə, bu həm borcu ödəməyə, həm də bir az danışmağa kifayət idi. İndi isə 1 manat 20 qəpiklik borcu qaytarmaq üçün mütləq 2 manatlıq kart almalısan. Və ümumiyyətlə, 20 faizlə kredit hətta bank sistemində belə yüksəkfaizili sayılır, üstəlik, orada kredit müddəti davamlı, risk dərəcəsi yüksəkdir (əgər belə deyilsə, biz üzr istəməyə hazırıq). Daha bir hadisə. Bu günlərdə başqa bir “əla cin” abonenti 1 manatlıq kontur yükləsə də, telefonla cəmi 7 qəpiklik danışa bilib. Nə üçünsə ondan 17 qəpik çıxıblar. Operatora müraciətin də xeyri olmayıb. Məsələyə texniki şöbədə baxıblar və belə bir cavab gəlib: qeyri-qanuni heç nə yoxdur, pul düzgün çıxılıb. Əlbəttə, o, 10 qəpiyə görə ora-bura müraciət etməyib, bu arada isə “Bakcell”… nə üçünsə “əla cin”in yeni tarifinə keçəndən sonra başqa operatorlarla danışıqlar üçün 30 saniyədə 6 qəpik çıxıb, halbuki 1 dəqiqə rəsmən cəmi 9 qəpikdir. “SevimliCin” tarif paketinə görə, şəbəkədaxili danışığın 1 dəqiqəsi 0,06 qəpikdir. Amma cəmi 8 saniyə əvəzində 3 qəpik çıxılırsa, bu reklam olunan tarif barədə nə demək olar? Yenə də abonent sonadək getmək istəməyib. Bu da oxucularımızın bizə danışdığı bir neçə nümunə, şəbəkədəki nasazlıqları və daha az hiss olunan qüsurları nəzərə almadıq. Onlar xahiş etdilər ki, “Bakcell” rəhbərliyinə çatdıraq: mümkünsə, yeni qaydalar – xüsusən onlar maliyyə ilə bağlıdırsa – barədə əvvəlcədən abonentlərə məlumat verin, əks halda, belə çox davam etsə, abonentləri itirəcəksiniz. Artıq nömrəni dəyişmədən operatoru dəyişmək də mümkün olacaq. Əgər tarifləri endirmək yerinə onları qaldırsanız, Azərbaycanın mobil rabitə bazarında çox duruş gətirə bilməyəcəksiniz. Yeri gəlmişkən, bizdə adıçəkilməyən abonentlər barədə bütün məlumatlar var, zərurət yaranarsa, onları “Bakcell”ə və başqa qurumlara təqdim edə bilərik. Üstəlik, portalın əməkdaşları arasında da bu operatorun abonentləri az deyil və onlar da öz şikayətlərini söyləyə bilərlər.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü