‘Bakcell’in kontur biabırçılığı davam edir – Ölkədə kontur tapmaq olmur!

‘Bakcell’in kontur biabırçılığı davam edir – Ölkədə kontur tapmaq olmur!
Bütün Xəbərlər
15:36 31.07.2014
2914

Sürətli internet, yüksək danışıq keyfiyyəti və beynəlxalq partnyorları ilə öyünən şirkət hələ də satış problemini həll edə bilmir.

Bir neçə gün bundan öncə portalımız vasitəsi ilə ölkədə “Bakcell”ə məxsus danışıq kartlarının olmaması ilə bağlı xəbər yayımlamışdıq.

Məlumatda artıq 10 günə yaxındır davam edən və abunəçilərin narazılığına səbəb olan problemin hələ də həllini tapmaması qeyd olunmuşdu.

Müxbirlərimiz bu gün də kontur satış məntəqələrində araşdırma aparıb. Araşdırma nəticəsində aydın olub ki, marketlərdə və müxtəlif alış-veriş mərkəzlərində hələ də “Bakcell”in konturları yoxdur. Satıcıların sözlərinə görə artıq onlar da bu halın düzələcəyinə ümid etmirlər.

“Bakcell” abunəçilərinin bir çoxu isə balanslarına kontur yükləyə bilmədikləri üçün nömrələrinin bağlandığını deyirlər.

Məsələylə bağlı isə “Bakcell” şirkəti hələ də susqunluğunu qoruyur.

AZXEBER.COM olaraq mövzuya yenidən qayıdacağıq.

OXŞAR XƏBƏRLƏR