Bakı 2020-ci il Yay Olimpiya Oyunlarının təşkilar komitəsi təsdiqləndi (SİYAHI)
Bütün Xəbərlər
19:51 08.09.2011
2264
Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb.APA-nın məlumatına görə, Təşkilat Komitəsi aşağıdakı tərkibdədir: Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Təşkilat Komitəsinin üzvləri Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Füzuli Ələkbərov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Kərəm Həsənov – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti İlqar Rəhimov – Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov – Olimpiya çempionu Namiq Abdullayev – Olimpiya çempionu Zemfira Meftəhətdinova – Olimpiya çempionu Elnur Məmmədli – Olimpiya çempionu Təşkilat Komitəsinə Bakı şəhərinin 2020-ci ilin XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunlarını təşkil etmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etmək, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə isə Milli Olimpiya Komitəsi ilə birlikdə namizəd şəhərin Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı namizədliyinin qəbul edilməsi proseduruna uyğun olaraq Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün, Təşkilat Komitəsi ilə razılaşdırılmaqla, sifariş kitabını hazırlamaq tapşırılıb.