Bakı-2020-yə dəstək üçün 500.000-ə yaxın imza yığılıb

Bakı-2020-yə dəstək üçün 500.000-ə yaxın imza yığılıb
GƏNCLİK
16:17 16.04.2012
1895
Bakının 2020 Olimpiya və Paralimpiya Oyunlarına namizədləyini dəstəkləmək üçün bir ay öncə başlamış imzatoplama kampaniyasına artıq 500.000 nəfər qoşulub.AZXEBER.COM-un məlumatına görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən və yüzlərlə könüllülərin cəlb olunduğu bu kampaniya bu günə qədər uğurla davam etmişdir. Toplanılan imzaların sayının yarım milyona çatması isə Bakı 2020 layihəsinin Aprelin 14-də Moskvada keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının (MOKA) Baş Assambleyasındakı təqdimatına təsadüf etmişdir.Qısa müddət ərzində yarım milyon imzanın toplanmasını şərh edən Bakı-2020 Təşkilat Komitəsinin İcraçı Direktoru Könül Nurullayeva qeyd etmişdir ki: "Cəmi bir ay müddətində yarım milyon əhalinin Bakının Olimpiya Oyunlarına namizədlik ərizəsini dəstəkləməsi bizi çox sevindirir və ruhlandırır. Bu kampaniyanı uğurla təşkil edən hər kəsə, xüsusən də gənclərimizə çox minnətdaram. Bakı-2020 layihəsilə bağlı bizə uğurlar arzu edən Bakı və Azərbaycanın bütün bölgələrinin əhalisi imzatoplama kampaniyasına qoşularaq real dəstəyini bildirmişlər".K. Nurullayeva, həmçinin, Bakı 2020-nin rəsmi Facebook fan səhifəsinin də qısa müddətdə 50.000-dən çox tərəfdar yığmasını böyük uğur adlandıraraq qeyd etmişdir: “Bütün bunlar xalqımızın nəcə böyük istəklə Bakının Olimpiya Oyunlarına ev sahibliyini dəstləklədiyinin bariz nümunəsidir. Mən onu da qeyd etməliyəm ki, bu dəstək beynəlxalq medianın da diqqətindən kənarda qalmır. Bu yaxınlarda insidethegames.biz saytı namizəd şəhərlərin sosial mediadakı fəaliyyətinin monitorinqini etmiş və Bakı 2020 fan sahifəsinin həm tərəftarlarının sayı, həm də faəliyyəti ilə digər şəhərləri qabaqladığını bildirmişdir.” Qeyd edək ki, İmza kampaniyası, həmçinin, Bakı 2020-nin rəsmi veb səhifəsi vasitəsi ilə elektron formada da aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü