Bakı aeroportunda bədbəxt hadisə

Bakı aeroportunda bədbəxt hadisə
Bütün Xəbərlər
11:45 28.06.2014
10129
Heydər Əliyev Beynəlxalq Hava Limanında bədbəxt hadisə baş verib.
AZXEBER.COM  aznews.az-a istinadən xəbər verir ki, bu gün saat 04:00 radələrində Moskvaya uçmaq istəyən sərnişinlərdən birinin səhhəti qəfil pisləşib. Ona ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Rəhmətə gedən şəxsin Quba rayon sakini 48 yaşlı Elman Mixailov olduğu məlum olub.
Faktı Nəqliyyatda Baş Polis İdarəsinin Hava nəqliyyatında polis idarəsi də təsdiqləyib. Bildirilib ki, Elman Mixailov ürək çatışmazlığından dünyasını dəyişib. O, bu gün səhər Bakı-Moskva reysi ilə Rusiyaya gedirmiş.
OXŞAR XƏBƏRLƏR