Bakının Nəsimi rayonu ərazisində yerləşən təhsil ocağında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın saat 11:32 radələrində Əlibəy Hüseynzadə küçəsi, 84 saylı ünvanda yerləşən Bakı Anadolu Türk Liseyində olub.Dərhal hadisə yerinə II çağırışla 3 yanğınsöndürən maşın yollanıb. Hazırda yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində çalışırlar.