Bakı Avtovağzal Kompleksi təhlükədə - Yol sürüşdü

Bakı Avtovağzal Kompleksi təhlükədə - Yol sürüşdü
Bütün Xəbərlər
18:40 07.10.2015
1019
Bakı-Sumqayıt yolunda sürüşmə baş verib.AZXEBER.COM-un APA-ya istinadən xəbərinə görə, sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasından APA-ya faktı təsdiqləyiblər.Bildirilib ki, sürüşmə nəticəsində yolun Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib.
OXŞAR XƏBƏRLƏR