Bakı avtoxuliqanlarına sərt cəza

Bakı avtoxuliqanlarına sərt cəza
Bütün Xəbərlər
13:55 09.04.2015
1029
DİN məlumat yaydı.
Avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Nazim Cəfərov və Rövşən Rəşidov saxlanılıblar.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, cari il mart ayının 21-də Nazim Cəfərov idarə etdiyi “Ford” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib.
Məhkəmənin 28.03.15-ci il tarixli qərarına əsasən N.Cəfərov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 500 manat cərimə inzibati tənbeh növü tətbiq edilib.
Cari il mart ayının 20-də Rövşən Rəşidov idarə etdiyi “TOFAŞ” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib.
Məhkəmənin 21.03.15-ci il tarixli qərarına əsasən R.Rəşidov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 1 ay həbs inzibati tənbeh növü tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR