Parkda gəzən iki kişi bıçaqla hədələnərək, qarət edilib.
Milli parkda gəzən iki kişi soyulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, parkda naməlum şəxs Bakı şəhər sakinləri - Nicat Ağamalıyevi və Rafiq Həsənlini bıçaqla hədələyib. O, N.Ağamalıyevdən mobil telefon və cibində 5 manat olan gödəkçəsini alıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səfər Heydərov tutulub.