Səbail Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən saat 15 radələrində Dənizkənarı Bulvarın Saat qülləsi yaxınlığında 52 yaşlı Eleanora Cəbrayılova özünü dənizə atıb.
Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən E.Cəbrayılova dənizdən sağ-salamat çıxarılıb. Onu özünə qəsd etməyə vadar edən səbəb araşdırılır.