Bakı bulvarında maşınlar üçün yol çəkilir - FOTOLAR
Bütün Xəbərlər
08:42 17.01.2013
1171
Bakı bulvarı yenə sökülür. Dənizkənarı Milli Parkın Kukla Teatrının qarşısından olan girişi tamamilə sökülüb. Yerə döşənmiş daşlar çıxarılıb. Həmin ərazidən insanların gedişi qadağan olunub. Ərazidə ağır texnika işləyir.Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, hazırda bulvarda aparılan işlər ötən ildən qalmış işlərin davamıdır. Rəis müavininin sözlərinə görə, sökülən ərazidə bulvar boyu iki xəttin daşları sökülərək ağır yük maşınlarının hərəkəti üçün yol düzəldilir. Parkın iki xətt boyu daş döşəmələri sökülərək daha dözümlü daşlarla əvəzlənir. Köhnə daşlar çıxarılaraq başqa ərazilərdə istifadə olunur.N.Məcidov qeyd edib ki, ötən il “Azneft” meydnından Kukla teatrınadək olan hissədə iki xəttin daşları dəyişilib. Hazırda həmin işlərin davamı həyata keçirilir. İşlər hissə-hissə və plana uyğun aparılır. Belə işlər saat qülləsinin yanında da gedir. İşlər Dəniz Vağzalına qədər davam etdiriləcək.“2008-ci ildə bulvarın daş örtüyü düzülən zaman ərazidə hərəkət edən maşınlar, ağır texnikalar yox idi. Hazırda isə bulvar ərazisində zibildaşıyan, su maşını, elektromobillər, qatarlar hərəkət edir. Bu zaman isə daşlar xarab olur. Bulvara insanların isti vaxtlarda axınının çox olmasını nəzərə alaraq işləri qış aylarında görürük. Mart ayınadək bütün işlər başa çatdırlacaq", - deyə rəis müavini əlavə edib.//milli.az