Bakı bulvarında möhtəşəm layihə – FOTO

Bakı bulvarında möhtəşəm layihə – FOTO
Bütün Xəbərlər
17:51 13.03.2014
5356
Kompleksdə ümumilikdə 382 otaq nəzərdə tutulub.
Bakı bulvarında daha bir nəhəng layihənin icrasına başlanıb.
AZXEBER.COM Lent.az-ın məlumatına istinadən xəbər verir ki, Dənizkənarı Milli Parkın köhnə hissəsi ilə yeni hissəsinin birləşdiyi ərazidə, “Əl oyunları sarayı” ilə üzbəüz dəniz kənarında 35 mərtəbəli lüks otelin tikintisinə başlanılıb.
“Full Moon” adlanan layihəni Almaniyanın məşhur “Heerim” şirkəti hazırlayıb və idarə edir. Layihəni Azərbaycanın iri tikinti şirkətlərindən biri icra edir.
Bildirilir ki, “Full Moon” layihəsi Bakı bulvarının digər ucunda, “Port Baku” ilə üzbəüz inşa olunan “Baku Cresent poroject” ilə oxşar olacaq. Hər iki layihə müasir “Waterfront” üslubunda işlənib.
“Full Moon” kompleksində ümumilikdə 382 otaq nəzərdə tutulub, layihənin ümumi sahəsi 104 min 182 kvadratmetrdir. 35 mərtəbəli lüks otelin maksimum hündürlüyü 158,68 metrdir.
Qeyd edək ki, kompleksdə bir neçə bina yerləşəcək və həmin binalar dəniz sahilində sürünən “ilan” formalı kürsü ilə bir-biri ilə birləşəcək.
OXŞAR XƏBƏRLƏR