Bakı Funikulyorunda nə baş verir?

Bakı Funikulyorunda nə baş verir?
MARAQLI
23:41 22.11.2011
2939

Ötən əsrin 60-cı illərindən şəhər sakinlərinin ixtiyarına verilən nəqliyyat vasitəsi, eləcə də atraksion kimi qəbul etdiyimiz funikulyor artıq bir neçə dəfədir ki, təmir olunur. Bakı Funikulyorunda söküntü işləri gedir. Hazırda funikuloyrun Şəhidlər Xiyabanına çıxan gözləmə zalı tamamilə sökülüb. Relslər çıxarılıb, vaqonlar götürülüb. Qeyd edək ki, Bakı Funikulyoru bu ilin aprelində təmirə dayanıb. Amma təmir işlərinin yekunlaşmasına az qalmış təmirlə bağlı plan dəyişdirilib. Hazırda təmirdə olan funikuliyorun gələn ilin mayına, “Eurovision” mahnı müsabiqəsinə qədər istismara veriləcəyi bildirilir. Funikulyorun tikintisi haqqında məlumatlar yalnız bunlardan ibarətdir. Tikintini aparan şirkət, eyni zamanda tikintidə aidiyatı orqanlar olan Funikulyor İdarəsi və Bakı Şəhər İcra Hakimyyəti isə layihə barədə ətraflı məlumatları açıqlamaq istəmədi. Xatırladaq ki, Bakı Funikulyoru 1960- cı il mayın 5-də istifadəyə verilib. Bəhramgurun heykəli ilə Şəhidlər Xiyabanı arasında lift rolunu icra edən funikulyor 4 dəqiqə ərzində 1 stansiyadan digərinə çatmaq üçün 455 metr yol qət edir. Vaqonlar arası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olub. Uzun müddət fəaliyyətsiz qalan funkulyor isə əsaslı təmirdən sonra 2001-ci ildə yenidən istismara buraxılıb. 6 ildən sonra obyektdə təmir işlərinə başlanılıb. 2007-ci ildən bəri funkulyorda bir neçə dəfə təmir işləri aparıldığından obyektin fasiləsiz işini təmin etmək mümkün olmayıb. Mütəxəssislər isə bildirir ki, əslində 2007-ci ildən sonra funikulyor normal işləyib və təmirə ehtiyac yox idi. Funikulyorun bərpası “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar deyil. Çünki dövlət investisiya proqramı yanvar ayında təsdiqlənəndə, Azərbaycanın yarışın qalibi olacağı bilinmirdi. İnvestisiya layihələrinin icrasını araşdıran ekspertlər deyir ki, əsasən neft pulları hesabına formalaşan büdcə vəsaitlərinin bu cür layihələrə ayrılması düzgün deyil. Ekspertlər bildirir ki, belə layihələrin smeta sənədləri açıqlanmalı, tikinti şirkəti tender nəticəsində seçilməlidir. Ekspert Ramin Osmanlının sözlərinə görə, bu cür layihələr bələdiyyələr, ya da kommersiya layihələri olmalıdır: “Bu halda dövlətin pulu cibindən çıxmazdı. Əksinə, dövlət bu layihəyə investisiya qoya bilərdi. Ən pis halda isə bu, bələdiyyə qurumları tərəfindən aparıla bilərdi”. R. Osmanlının fikrincə, bu cür layihələrin büdcədən maliyyələşməsi yaxşı heç nə vəd etmir. Sonradan saxlanma xərcləri yarana bilər. Maliyyə Nazirliyindən verilən məlumata görə, funikulyorun təmir və bərpası investisiya proqramına daxil edilib. Bunun üçün büdcədən 8 milyon manatın ayrılması nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir