Bakı həkimləri sərxoşu ölü bildilər

Bakı həkimləri sərxoşu ölü bildilər
Bütün Xəbərlər
18:00 06.11.2015
1399
“O biri dünyadan zəng” ilə dostunu şoka saldı.
Bakının Xəzər rayonunda qeyri-adi “ölüb-dirilmə” hadisəsi baş verib.
AZXEBER.COM  1news.az-a istinadən xəbər verir ki, 57 yaşlı Ç.M. (adı etik normalara görə açıqlanmır) spirtli içki qəbul etdikdən sonra elə küçədə yuxuya gedib.
Yoldan keçənlər təcili yardım çağırıblar, kişi paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində xəstəxanaya çatdırılıb. Orada kişinin öldüyünü bildirərək onun cəsədini morqa göndəriblər.
Amma Ç.M. morqda özünə gəlib. İlk olaraq o, dostuna zəng edərək sağ olduğunu bildirib.
“O biri dünyadan zəng” alan dostu şoka düşüb. Həkimlər kişini reanimasiya şöbəsinə yatırıblar, hal-hazırda orada müalicəsini davam etdirir.
OXŞAR XƏBƏRLƏR