Bu gün saat 21:30-da realaşmalı olan "Türk Hava Yolları"na (THY) məxsus Bakı-İstanbul aviareysi təxirə salınıb.
THY-nın baş ofisindən "Report"a verilən məlumata görə, reysin ləğvinin səbəbi təyyarədə yaranan texniki nasazlıqdır.
Bilet alan sərnişinlərə bununla bağlı şirkət tərəfindən məlumat veriləcək, sərnişinlər ya sonrakı reyslə göndəriləcək və ya şərtlər daxilində biletləri geri qaytarılacaq.
Qeyd edək ki, təxirə salınan reysin "Boeing-737" təyyarəsi ilə yerinə yetirilməsi planlaşdırılırdı.