Bakı İstintaq Təcridxanasında intihar hadisəsi baş verib.
Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, təcridxanada saxlanılan Nicat İbrahimov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.