Bakı İstintaq təcridxanasında kameradan mobil telefon tapılıb

Bakı İstintaq təcridxanasında kameradan mobil telefon tapılıb
Bütün Xəbərlər
16:18 27.11.2013
636

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1995-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.1; 181.2.5; 180.2.1 və 180.2.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Asif Samir oğlu Əliyevin kamerasına baxış keçirilib. Bu zaman kameranın gəzinti otağındakı gizli saxlanc yerindən ona məxsus olan, daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.(APA)

OXŞAR XƏBƏRLƏR