“Bakı” jurnalının ingilis dilində nəşri, xaricdə ölkəmiz haqda informasiyanı artıracaq“

GƏNCLİK
12:46 15.11.2011
2293
Artıq "Bakı " jurnalı Azərbaycandan kənarda, Rusiyada kifayyət qədər tanınmış, yüksək reytinqə malik olan bir Azərbaycan jurnalıdır.Bu sözləri AZXEBER.COM-a Almaniya Türk-Azərbaycan Birliyinin idarə heyətinin sədr, Postdam Univesitetinin magistr tələbəsi Rəksanə Civişova Heydər Əliyev Fondunun “Bakı” jurnalının ingilisdilli versiyasını şərh edərkən bildirib.“Hazırda jurnalın ingilis versiyasının yaranması mədəniyyətimizin daha geniş ərazilərdə təbliğatına xidmət edir. Məhz bu günə qədər bu jurnalın əldə etdiyi nailiyyətlər, uğurlar, jurnalın əməkdaşlarının gərgin fəaliyyəti imkan verir ki "Bakı" jurnalının ingilis versiyası qısa zamanda bir cox aparıcı dövlətlərdə tanınsın”,-deyə Rəksanə Civişova qeyd etdi.İdarə heyətinin sədri onu əlavə etdi ki, son illər Azərbaycanın tanınması istiqamətində uğurlu layihələrin həyata keçirildiyini bildirdi.

OXŞAR XƏBƏRLƏR