Bakı kəndlərinin qaz problemi - ‘Azeriqaz’ problem yoxdur deyir

Bakı kəndlərinin qaz problemi -  ‘Azeriqaz’ problem yoxdur deyir
Bütün Xəbərlər
15:41 03.11.2014
2452

Havalar getdikcə soyuyur. Bu isə o deməkdir ki, təbii qazın verilməsində məhdudiyyətlərin yaranması problemi ilə yenə də qarşılaşmalı olacağıq. Qarşımızdakı aylarda aktuallığını saxlayacaq bu problemlə bağlı yetkililər və əhali ilə danışdıq. 

AZXEBER.COM olaraq bu barədə “Azəriqaz” İB-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbalayev, “Qaza olan təlabat artırsa, qazın nəqli də ona uyğun olaraq artır” deyə bildirib. Bakı və ətraf ərazilərində gündəlik təbii qazların verilməsində məhdudiyyətlərin nə zaman aradan qaldırılacağı sualına isə, İbrahim Kərbalayev -  “Heç bir məhdudiyyət yoxdur “ - deyərək cavab verib.

Amma oxucuların diqqətinə çatdırmaq istəyirik ki, uzun illərdir Bakının kəndlərində əhaliyə qazın nəqlində olan problemlər hələ də istənilən səviyyədə öz həllini tapmayıb. Sözügedən məsələ ilə bağlı Nardaran ağsaqqalı Məşədi Natiqlə danışdıq. Müsahibimiz bildirdi ki, Nardaranda evlərdə qaz yoxdur: “Evlərimizdə qaz yoxdur. Çox əziyyət çəkirik. Bu problemi həll etmək üçün bu günlərdə Sabunçu rayon İcra Hakimiyyətində kənd nümayəndə heyəti ilə görüş olub. Problemlər onların diqqətinə çatdırılıb. Amma hələlik bir nəticə yoxdur bu günə. Gözləyirik”.

Onu da nəzərə çatdırmaq istəyirik ki, şəhərin müxtəlif ərazilərində və bölgələrdə təbii qazın nəqlində məhdudiyyətlərin olması xəbərlərini alırıq. Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR