‘Bakı Kristal Zalı’nda 40 dəqiqə məşq olacaq

‘Bakı Kristal Zalı’nda 40 dəqiqə məşq olacaq
MƏDƏNİYYƏT
13:12 09.05.2012
2297

İlk məşq günündə 9 ölkə təmsilçisinin hər biri 40 dəqiqə məşq edəcək

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mayın 13-dən etibarən "Bakı Kristal Zalı"nda Eurovision 2012 təmsilçilərinin məşqləri başlayacaq. Eurovision.az saytı xəbər verir ki, həmin gün məşqlər saat 11:00-da başlayacaq. Möhtəşəm "Bakı Kristal Zalı"nın səhnəsində ilk məşq edən ölkə Monteneqro təmsilçisi Rambo Amadeus olacaq. Ənənəvi olaraq hər ölkəyə məşqə 40 dəqiqə vaxt verilir. İlk məşq günündə Monteneqrodan əlavə, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika və Finlandiya təmsilçiləri "Bakı Kristal Zalı”nda səhnəyə çıxacaqlar. Hər bir təmsilçi məşqini bitirdikdən sonra onun mətbuat konfransı təşkil olunacaq. Sonuncu məşq 18:10-da başlayacaq.

OXŞAR XƏBƏRLƏR