Bakı küçələrində 'bomj' həyatı sürən xalq - ARAŞDIRMA

Bakı küçələrində
Bütün Xəbərlər
14:42 19.07.2013
3325

Bu gün hər yerdə qarşımıza çıxan qaraçıların tarixi hər zaman mübahisəli mövzulardan olub. Belə ki, onlar haqqında müxtəlif araşdırmalar aparılsa da, hələ məntiqi nəticə əldə olunmayıb.

Qaraçılar Avrasiya materikinə köç etmiş Hind-Avropa mənşəli xalqdırlar. Onların məhz Avropa ölkələrinə inteqrasiyasının səbəbi hələdə məlum deyil. Qaraçı tayfası XV əsrə aiddir. Azərbaycana qaraçıların əksəriyyəti Qazaxıstandan köçürülüb . Yevlax, Ağdaş bölgələrində daha kompakt şəkildə yaşayan qaraçılar hazırda Balakən ərazisində daha geniş yayılıblar. Burada yaşayan qaraçıların əksəriyyəti farsdillidir. Baləkənin Şambulbinə, Gülüzənbinə, Məlikzadə kəndlərinə getsəniz, orada 2000 dən çox qaraçı tayfasından olan insanlara rast gələrsiniz.

Qaraçıların həyat tərzi...

Qaraçılar tarixən və indi də köçəri həyat tərzi sürürlər. Qaraçıların özlərinə məxsus adət-ənənələri var. Belə ki, qaraçı qəbiləsindən olan qızlar ailə qurarkən yalnız bu tayfadan olan oğlanlara ərə gedirlər. Oğlanlara gəlincə isə onlara başqa millətdən qız almaq azadlığı verilsədə, bu hallar nadir baş verib. Qaraçı oğlanlar qaçırdıqları qızı saçlarından tutaraq qaçırırlar. Onların qızlara xüsusi qadağaları da olur. Belə ki, onlara şalvar, ipli, qolsuz, açıq-saçıq geyimlər geyinməyə iczə verilmir. Bununla yanaşı qaraçı qızlarına saç kəsdirmək qadağan edilib. Bu qaydalara riayət etməyən qızlar xüsusi cəzalandırılır.

Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da vətəndaşlığı olmayan kifayət qədər qaraçı millətinin nümayəndələri yaşamaqdadır. Hazırda MDB məkanında 300 mindən çox qeydiyyatsız qaraçı yaşayır. Qeyd edək ki, bu etnik qrupun nümayəndələrinin böyük hissəsi II Dünya Müharibəsinhəlak olublar. Amma qaraçılarda çoxuşaqlılıq önəmli olduğu üçün müharibənin təsiri tezliklə aradan qalxıb.

Qaraçılar qan qohumluğuna xüsusi önəm verirlər. Bu qəbilədən olan kişilər işləmirlər. Bu onlarda yazılmamış qanuna çevrilib. Ailələrinin dolanışığını qadınlar təmin edir. Onların gəlir mənbəyi isə dilənçilikdən gəlir.

Qaraçıların həyat tərzi ilə maraqlanmaq üçün qarşıma çıxan qaraçı qızına sual verdim. Ona sualım belə oldu: “Səni dilənməyə məcbur edirlər?”. Onun cavabı isə çox maraqlı idi: “Yox, bu bizim işimizdir”. Özlərinə dilənməyi sənət seçən qaraçılar hələ 1-2 yaşlarından valideynləri ilə birgə bu işlərlə məşğul olurlar. Dünyada oğru, quldur kimi təsəvvür yaradan bu tayfa doğrudanmı belədir? Fransada qaraçılar oğru adlanaraq ölkədən deportasiya edilir. Bəs Azərbaycanda necə, onların deportasiyasına gərək varmı? Əgər yoxdursa, onda onlara nə üçün lazımı şərait yaradılmır?

Qaraçıların hüquqları..

Azərbaycanda vətəndaşlığı olmayan şəxslər bir sıra məhdudiyyətlər ilə üz-üzədir. AZXEBER.COM-a açıqlamasında “AZE-Huquq Servis" MMC-nin direktoru hüquqşunas Zaur Quliyev bildirdi ki, hazırda ölkədə yaşayan qaraçılar, demək olar ki, əhalidən təcrid olunmuş vəziyyətdədir: “Onlar seçkili dövlət orqanında seçmək , səsvermə prosesində iştirak etmək ixtiyarında deyillər. Hərbi xidmətə çağırıla bilməzlər. Siyasi fəaliyyətlə, dini təbliğatla məşğul olmaq onlara qadağan olunub. Bununla yanaşı vətandaşlığı olmayan şəxslər hakim, prokuror, notarius və s. vəzifələrdə işləyə bilməzlər. Buradan da hər şey aydın görünür. Belə ki, bu vəzifələrdə işləmək üçün öncə yaxşı təhsil almaq lazımdır. Lakin vətəndaşlığı olmayan bu etnik qrupların ən böyük problemi təhsildir. Bəli, bu gün qaraçıların ən böyük problemi təhsil problemidir. Onlarda savadsızlıq demək olar pik nöqtəyə çatıb. Adlarını belə yaza bilməyən bu tayfanın dilənməkdən, fala baxmaqdan başqa çıxış yolu yolu qalmayıb. Digər tərəfdən baxanda isə aydın olur ki, onlar cəmiyyətdə birmənalı qarşılanmır”.

Əgər onlar hər kəsin təhsil aldığı məktəblərdə oxusa onlara qarşı münasibət necə olar?

Qaraçılarla bağlı deyilən faktlardan birində bildirilir ki, onların məşğuliyyəti təkcə dilənçilikdən ibarət deyil. Qədim dövrdən onlar duluzçuluq, əkinçilik işləri ilə də məşğul olublar. Qaraçılar bu məşğuliyyətdən daha çox gəlirin gəldiyini gördükdən sonra bu cür işlərə üstünlük veriblər. Buradan bir sual meydana gəlir: Əgər biz onların təhsil almasına, normal şəxsiyyət kimi formalaşmasına şərait yaratsaq, onlar da hər kəs kimi işləyib, dilənçilikdən qurtula bilərlərmi?

Qanunvericilikdə göstərilir ki, müəyyən edilmiş qaydada Azərbaycan Respulikasının vətandaşları ilə yanaşı, ölkə ərazisində yaşayan vətəndaşlığı olmayan şəxslərin də yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bəlkə belə olmuş olarsa, onlara qarşı münasibət həqiqətən də dəyişə bilər. Təəssüf olsun ki, hazırda bir çox vətandaşlarımız onları “Bomj” kimi tanıyır.

Qaraçıların mədəniyyəti..

Qaraçılar Misiri birinci vətənləri hesab edirlər. Hətta onlar üçün xüsusi Beynəlxalq gün də təyin edilib. Belə ki, 8 aprel Beynəlxalq qaraçılar günü kimi qeyd edilir. Hətta onlar üçün Fransada Qaraçışünaslıq İnstitutu fəaliyyət göstərir. 1971-ci ildə isə bu xalqın mədəniyyətini qorumaq üçün Londonda Qaraçıların Beynəlxalq İttifaqı yaradılıb. Əgər onların şərəfinə beynəlxalq gün təyin edilib, adlarına institut açılıbsa, hətta mədəniyyətlərinin qorunması üçün ittifaq yaradılıbsa, demək onlara “barmaqarası” baxmaq olmaz.

Həqiqətən də qaraçılara xas bəzi mədəniyyətlər var ki, bunlar hələ də heç bir xalqda özünü göstərməyib. Sizin üçün qaraçıların müsbət keyfiyyətlərini araşdırdıq. Belə ki, qaraçıların öz mədəniyyətləri mövcuddur. Onların musiqiləri, rəqsləri dünyada tanınır. Məşhur “Flamenqo” rəqsinin müəllifləri məhz qaraçılardır. Qaraçıların digər müsbət keyfiyyəti ondan ibarətdir ki, onların qadınları əsla həyat yoldaşlarına xəyanət etmirlər. Təbii ki, bu gün xəyanət aktual mövzudur. Hətta ölkədə bu səbəbdən boşanmaların sayı durmadan artır. Amma qaraçılarda xəyanət yolverilməzdir.

Onu da bildirək ki, qaraçılar arasında dünyaca məşhur şəxslər də olub. Bunlara misal kimi İngiltərədə parkların birində dünyaya gələn, səssiz filmin qəhrəmənı kimi dünyada məşhur olan Çarli Çaplin bu tayfadan idi. Ruminiyanın keçmiş baş naziri Emil Bok da həmçinin.

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR