'Bakı, mən səni sevirəm'

MƏDƏNİYYƏT
10:36 11.06.2012
1575
“Bakı, mən səni sevirəm” kinolayihəsinin ikinci – yay sessiyasının çəkilişləri başlanıb. Bu barədə SİA-ya kinolayihəsinin mətbuat katibi Şahnaz Abdullayeva məlumat verib. Onun sözlərinə görə, sessiya iyulun 10-a qədər davam edəcək. İkinci sessiyada çəkiliş meydanında «motor» komandasını ilk olaraq ingilis rejissoru Aleksandr Fodor verib. Filmin ikinci sessiyasına Rusiyanın məşhur kinooperatoru Anton Antonov da dəvət olunub.Məlumat üçün bildirək ki, “Bakı, mən səni sevirəm” layihəsi 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir.

OXŞAR XƏBƏRLƏR