Bakı Metropoliteni 22 iyul Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib.
AZXEBER.COM xəbər verir ki, metropolitenin keçirdiyi tədbir və jurnalistlərə verdiyi hədiyyə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Belə ki, metro rəhbərliyi jurnalistlərə mətbuat günü ilə bağlı tozsoran hədiyyə ediblər. Jurnalist Mahir Məmmədli bu haqda məlumat verib.
O qeyd edib: "Bakı metropoliteni jurnalistlərə tozsoran hədiyyə edib. Mətbuat günü ilə tozsoran arasındakı əlaqəni axtarıram".
Daha bir məlumata görə isə, jurnalistlərdən bir neçəsinə 400 AZN-lik mobil telefon hədiyyə edilib.
Maraqlıdır ki, qurumun yeni mətbuat katibi Bəxtiyar Məmmədov tədbirdən fotoları paylaşsa da, hədiyyə olunan məhsulları paylaşmayıb.
Qeyd edək ki, tədbirə yalnız mətbuat katibinə yaxın jurnalistlər dəvət alıb.