Bakı Metropoliteni plastik kartların alınması üçün tender keçirir

İQTİSADİYYAT
17:21 26.02.2013
2183

Bakı Metropoliteni sərnişin avtomatikası sistemi üçün plastik kartların satın alınması üzrə açıq tender elan edib.

Tender 1 lotdan ibarətdir və tenderdə iştirak etmək istəyənlər sənədlərini martın 15-dək, tender təkliflərini isə aprelin 1-dək təqdim etməlidir. Bundan başqa, iddiaçılar 200 manat məbləğində iştirak haqqı ödəməlidir.

Qeyd edək ki, təkliflər zərflərinin açılma prosedurası aprelin 2-də keçiriləcək.

Əlaqə telefonu: (+994 12) 490-00-31.

OXŞAR XƏBƏRLƏR