Bakı Metropolitenində köşklərin söküləcəyi tarix bəlli oldu - DƏQİQ TARİX

Bakı Metropolitenində köşklərin söküləcəyi tarix bəlli oldu - DƏQİQ TARİX
Bütün Xəbərlər
13:44 12.03.2014
1748
Bakı Metropoliteninin binası qarşısında etiraz aksiyasına cəhd olunub
Bu gün Bakı Metropoliteninin binası qarşısında etiraz aksiyasına cəhd olunub.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Elmlər Akademiyası” stansiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edənlər metro ərazisində, keçidlərdə ticarət obyektlərinin söküləcəyi barədə xəbərdarlıq edilmiş şəxslər olub.
Polis aksiya cəhdinin qarşısını alıb.
Hazırda narazı şəxslər Bakı Metropolitenin rəhbərliyi tərəfindən qəbul olunub.
Qəbulda iştirak edənlərin verdikləri məlumata görə, görüşdə onlara metropoliten ərazisindəki söküntü işlərinə martın 27-dən başlanacağı bildirilib. 
İlkin olaraq kassalarının yaxınlığında yerləşən obyektlər, daha sonra keçidlərdəki ticarət köşkləri söküləcək.
Martın 27-dək isə sahibkarlardan icarə haqqı alınmayacaq.
OXŞAR XƏBƏRLƏR