Bakı Metropolitenindən verilən məlumata görə, birinci prioritet istiqamət 5 stansiyanı əhatə edən xətdir (“Avtovağzal”–“Memar Əcəmi-2”- B3 – B4 –B5). Bu yolun uzunluğu 6,8 km-dir. Bu xətt Bakı Beynəlxalq Avtovağzalı, 3 və 4-cü mikrorayon, Tbilisi prospekti və Füzuli küçəsini əhatə edir.İkinci prioritet istiqamət isə 8 stansiyanı əhatə edir (VI Stansiya – Y3 – Böyükşor – “Koroğlu-2” – Bakıxanov – Y-22 – Qaraçuxur – Yeni Günəşli). Yolun uzunluğu 12,5 metrdir. Bu yol Köhnə və yeni Günəşlini, Qaraçuxur qəsəbəsini, “Koroğlu” stansiyası ətrafındakı ərazini əhatə edir.Üçüncü istiqamət isə üç stansiyanı ("Həzi Aslanov" - "Zığ şossesi" - "Hərbi akademiya") əhatə edir. Bu yolun uzunluğu 3,7 km-dir.