“Bakı Metropoliteni”ndən sərnişinlərə şad xəbər

“Bakı Metropoliteni”ndən sərnişinlərə şad xəbər
Bütün Xəbərlər
13:37 10.01.2015
3338
“Bakı Metropoliteni” metro stansiyalarda aparılan təmir işlərinin bitəcəyi vaxtı açıqlayıb.“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında deyib.O bildirib ki, “İnşaatçılar”, “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında aparılan təmir işləri bu ilin birinci rübündə yekunlaşacaq.Qeyd edək ki, hazırda sözügedən stansiyaların keçid hissələrində divar üzlükləri sökülüb, hörgü işləri, komunikasiya xətlərinin yenilənməsi işləri görülür. Təmir işləri aparılan müddətdə stansiyaların keçid hissəsi vətəndaşların istifadəsində olacaq.
OXŞAR XƏBƏRLƏR