‘Bakı Metropoliteni’nə sədr müavinləri təyin olunub

‘Bakı Metropoliteni’nə sədr müavinləri təyin olunub
Bütün Xəbərlər
00:42 24.07.2014
1259

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə iki sədr müavini təyin edilib. AZXEBER.COM-un “Media forum”a istinadən məlumatına görə, qurumda olan 4 müavin postundan birini “Bakı Metropoliteni”nin Hərəkət Xidmətinin rəisi Hidayət Məmmədov, digərini Zaur Babayev tutub. Zaur Babayev əvvəllər “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində çalışıb. Hidayət Məmmədov 1992-ci ildən Bakı metrosunda işləyir. Hərəkət Xidmətinin rəisi vəzifəsinə 2002-ci ildə təyin olunub. Hidayət Məmmədov və Zaur Babayev prezident İlham Əliyevin sərəncamı ilə “Bakı Metropoliteni” QSC-nin sədr müavinləri təyin ediliblər. “Bakı Metropoliteni” QSC bu il fevralın 27-də prezidentin sərəncamı əsasında, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovdur.

 

OXŞAR XƏBƏRLƏR