Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasında təmir işləri başlanıb.Metronun mətbuat xidmətindən verilən məlumata görə, stansiyanın 1-cı çıxışında (ATS tərəfdən) 3 saylı eskalatorun əsaslı təmirinə başlanılır.Bununla əlaqədar olaraq qeyd olunan istiqamətdə 3 saylı eskalator fevralın 24-dən dayandırılacaq.Əsaslı təmirin 22 may 2015-ci il tarixində başa çatdırılması nəzərədə tutulub.