Yaxın günlərdə «Transmaşholdinq»in istehsalı olan və «Oka» adı ilə də tanınan yeni tipli 81-760/761 vaqonları Bakıya çatdırılacaq.
AZXEBER.COM-un məluymatına görə, 5 vaqondan ibarət yeni qatar 6 ay müddətində Bakı metrosunun xətlərində sınaq müddəti keçəcək. Yeni vaqonların alınması ilə bağlı gələn ilin yayında qərar veriləcək.
Xatırladaq ki, bir neçə həftə əvvəl Bakı Metropoliteni vaqon parkının yenilənməsi istiqamətində dünyanın aparıcı şirkətlərinin məhsulları arasında seçim aparılması və operatorun seçilməsi ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, hazırda inşa olunan yeni xətlər yalnız müasir standartlı vaqonlarla təchiz olunacaq. Hazırda Rusiyanın «Transmaşholdinq»in yeni vaqonlarının Bakıda sınanmasına başlanacağı gözlənilir. Bu məqsədlə rusiyalı vaqon istehsalçıları ilk əvvəl Bakıya sınaq məqsədilə 5 yeni vaqon təqdim edəcək.