Bakı metrosunda axşam vaxtı hamını qorxuya salan hadisə

Bakı metrosunda axşam vaxtı hamını qorxuya salan hadisə
Bütün Xəbərlər
00:15 23.12.2013
4245

Memar Əcəmi - Həzi Aslanov istiqamətində qatarların hərəkəti dayandırılıb.

Bakı Metropolitenin Memar Əcəmi stansiyasında sərnişinlər çətin vəziyyətdə qalıblar. Qatar gözləyən sərnişinlərdən birinin anspress-ə verdiyi məlumata görə, artıq 15 dəqiqədən artıqdır ki, Memar Əcəmi - Həzi Aslanov istiqamətində qatarların hərəkəti dayandırılıb. Onun sözlərinə görə, bu müddət ərzində yalnız Memar Əcəmi-Bakmil istiqamətində qatarların hərəkəti var. Bu qatarlar da iş vaxtı bitdiyi üçün depoya gedirlər. Şahidin dediyinə görə, artıq sərnişinlər arasında narazılıq yaranmağa başlayıb və hətta bir neçə sərnişin narazılıqlarını bildirib. Nəzarətçilərdən biri isə sərnişinləri sakitləşdirmək üçün problemin tezliklə həll olunacağını bildirib. (milli.az)

OXŞAR XƏBƏRLƏR