Bakı metrosunda bıçaqlaşma

Bakı metrosunda bıçaqlaşma
Bütün Xəbərlər
12:44 02.11.2015
1127
DİN məlumat yaydı.
Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasında cinayət hadisəsi törədilib.
Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, oktyabrın 30-da “Xalqlar Dostluğu” metrostansiyasında Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Ramiz Babayev həmyerlisi Mirağa Əhədova bıçaq xəsarəti yetirib.
Metropolitenin polis şöbəsinin cinayət-axtarış qrupu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR