Bakı şəhərində “PayPoint” ödəmə sistemində nasazlıq yaranıb.
AZXEBER.COM-un verdiyi məlumata görə, paytaxtın müxtəlif yerlərində əhali bu ödəmə terminalından istifadə edə bilməyib.
Belə ki, istifadəçi ödəmə həyata keçirmək istəyərkən problemlərlə qarşılaşıb.Bəzi yerlərdə “PayPoint” aparatı çek təqdim etmir, bəzilərində pulu qəbul etmir. Bəzi hallarda isə pulu “udan” aparat ödənişi qeydə almayıb. “İçərişəhər” metro stansiyasında bununla əlaqədar olaraq “PayPoint” aparatı qeyri-müəyyən müddətə götürülüb. Bundan başqa, Əhmədli qəsəbəsində, “Qara Qarayev”, “Koroğlu”, “Gənclik” və “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında, Azadlıq prospektində qoyulan “PayPoint” ödəmə terminallarında da analoji problemlər yaşanıb.
Məsələ ilə bağlı araşdırmalara davam edəcəyik.
Ceyhun