Bakı metrosunun "28 May" stansiyasında qatar platformada dayanan gənci vurub. Bakı Metropolitenindən Trend-ə bildiriblər ki, gənc oğlan platformada qadağan olunan ərazidə dayandığından, başı qatarın güzgüsünə dəyib. Hadisə dünən gecə 23:45-də baş verib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə bildiriblər ki, "28 May" stansiyasında baş verən hadisədə 20-23 yaşlı gənc oğlan kəllə-beyin travması alıb, hazırda xəstəxanada müalicə edilir.