Bakı metrosunda faciə: qatar adam vurdu

Bakı metrosunda faciə: qatar adam vurdu
Bütün Xəbərlər
11:04 09.07.2013
5609

Bakı metrosunun "28 May" stansiyasında qatar platformada dayanan gənci vurub. Bakı Metropolitenindən Trend-ə bildiriblər ki, gənc oğlan platformada qadağan olunan ərazidə dayandığından, başı qatarın güzgüsünə dəyib. Hadisə dünən gecə 23:45-də baş verib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə bildiriblər ki, "28 May" stansiyasında baş verən hadisədə 20-23 yaşlı gənc oğlan kəllə-beyin travması alıb, hazırda xəstəxanada müalicə edilir.

OXŞAR XƏBƏRLƏR