Hadisə bu gün baş verib.
Bakı şəhərində 62 yaşlı kişi metroda ölüb.
AZXEBER.COM xəbər verir ki, Bakı Metropoliteninin Mühafizəsi Üzrə Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyanda qeydə alınıb.
Bakı şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Ağakamal oğlu Seyidbəyli platformada ürək tutmasından vəfat edib.
09:35
Bu gün Bakı metropoliteninin “Koroğlu” stansiyasında sərnişin keçinib.
AZXEBER.COM Day.Az-a istinadən bildirir ki, orta yaşlı kişinin ölüm səbəbləri hələlik bilinmir.