Bakı metrosunda faciəvi hadisə: - ölən var

Bakı metrosunda faciəvi hadisə: - ölən var
Bütün Xəbərlər
11:37 11.12.2014
7210
Ölən qadın metropoliten işçisidir
Bakı Metropoliteninin "İnşaatçılar" stansiyasında ölüm hadisəsi olub. Lent.az-ın əldə etdiyi məlumata görə, dünən 4 saylı təcili tibbi yardım briqadasına stansiyada 55-60 yaşlı qadının halının kəskin pisləşməsi ilə bağlı müraciət daxil olub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. 
İlkin müayinədən sonra qadının vəfat etdiyi məlum olub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, dünyasını dəyişən qadın Bakı Metropolitenini əməkdaşıdır.
Qadının ölüm səbəbi hələlik tam dəqiqləşməyib. Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR