Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO

Bakı metrosunda hərəkət dəyişikliyi edilir - VİDEO
SOSİAL
21:50 04.08.2026
1215
Avqustun 15-dən "Bakı Metropoliteni”ndə Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, layihənin icrası ilə əlaqədar metronun "İçərişəhər” – "Həzi Aslanov” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada davam etdiriləcək və "28 May” stansiyası normal iş rejimində fəaliyyət göstərəcək.

"Bununla yanaşı, metronun "28 May” – "Nizami” istiqamətində qatarların hərəkəti tam dayandırılacaq və layihə başa çatanadək həmin hissədə hərəkət yeni sxem üzrə təşkil ediləcək.
Bu müddətdə "Dərnəgül” – "Nizami” istiqamətində qatarların hərəkəti təmin olunacaq. Layihənin təxminən 10–11 ay davam etməsi nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra Yaşıl və Qırmızı xətlər tam müstəqil fəaliyyət göstərəcək, sərnişinlər isə xətlər arasında keçid üçün "28 May” və "Cəfər Cabbarlı” stansiyalarından istifadə edəcəklər”, - deyə qurum rəsmisi əlavə edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, "28 May” və "Nizami” stansiyaları arasında birbaşa metro əlaqəsinin olmaması səbəbindən yaranacaq çətinliklər nəzərə alınaraq, yerüstü nəqliyyatda əlavə dəstəkləyici tədbirlərin təşkilinə dair qərar qəbul olunub. AYNA tərəfindən əlavə ekspres xətlərin yaradılması və mövcud xətlərin gücləndirilməsi ilə bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı vaxtdan etibarən müxtəlif istiqamətlərdə 6 yeni ekspres avtobus marşrutu istifadəyə veriləcək və bir sıra mövcud marşrut xətlərindəki nəqliyyat vasitələrinin sayı artırılacaq.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək davam edəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
16:32 04.11.2026
Xamenei: ABŞ-dəki siyasi dəyişikliklər İran siyasətinə təsir etməyəcək
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
16:26 04.11.2026
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik etdi
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
16:22 04.11.2026
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
16:15 04.11.2026
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTOLAR
Prezident sərəncam imzaladı
15:59 04.11.2026
Prezident sərəncam imzaladı
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO
15:53 04.11.2026
Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO
Hər doğulan uşağa 1500 manat veriləcək - Deputat artım haqda danışdı
15:52 04.11.2026
Hər doğulan uşağa 1500 manat veriləcək - Deputat artım haqda danışdı
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:51 04.11.2026
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Trampdan İrana qarşı hərbi əməliyyatlarla bağlı AÇIQLAMA
15:40 04.11.2026
Trampdan İrana qarşı hərbi əməliyyatlarla bağlı AÇIQLAMA
Böyük Qayıdışın nəticələri və qarşıdakı hədəflər: 140 min nəfər...
15:28 04.11.2026
Böyük Qayıdışın nəticələri və qarşıdakı hədəflər: 140 min nəfər...
Geyim reklamı, yoxsa bədən nümayişi? - Mağazalar niyə bu bayağı üsula əl atır?
15:26 04.11.2026
Geyim reklamı, yoxsa bədən nümayişi? - Mağazalar niyə bu bayağı üsula əl atır?
Qəzzada yaralıları müalicə etdi, ABŞ-də Konqresə seçildi- O, kimdir?
15:19 04.11.2026
Qəzzada yaralıları müalicə etdi, ABŞ-də Konqresə seçildi- O, kimdir?