Bu gün Bakı Metropolitenində baş verən texniki nasazlıq sərnişinləri təşvişə salıb.
Bu barədə Anspress-ə hadisə şahidləri məlumat veriblər.
Belə ki, “H.Aslanov” stansiyasından “Dərnəgül” stasiyasına hərəkət edən qatar “Qara Qarayev” stansiyasına çatmamış tunelin içində dayanıb. Qatarın vaqonlarını tüstü və kəskin yanıq qoxusu bürüyüb. Qatar “Qara Qarayev” stansiyasına çatdırılıb və sərnişinlər boşaldılıb.
Bakı Metropolitenin mətbuat xidmətindən verilən məlumata örə, hadisə texniki nasazlıq üzündən baş verib. Sərnişinlər qatardan çıxarıldıqdan sonra qatar depoya göndərilib. Hadisə zamanı xəsarət alan olmayıb. Sadəcə, sərnişinlər arasında gərginlik yaşanıb.