Bakı metrosunda həyəcanlı dəqiqələr: “Qatarlardan tüstü çıxdı"

Bakı metrosunda həyəcanlı dəqiqələr: “Qatarlardan tüstü çıxdı"
Bütün Xəbərlər
12:21 05.01.2012
3733

Ötən gün günorta saatlarında metronun “QaraQarayev” stansiyasında qəribə hadisə baş verib.

Qəflətən qatarın alt hissəsindən tüstü çıxıb və nəticədə maşinist sərnişinlərdən qatarı tərk etmələrini istəyib. Bir neçə həyəcanlı dəqiqədən sonra qatar boş vəziyyətdə “Bakmil”ə yollanıb.

Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov hadisənin baş verdiyini təsdiqləyib: “Qatarda kiçik nasazlıq yaranıb. Bu elementar bir təhlükəsizlik tədbiri idi. Heç bir narahatçılığa səbəb yoxdur. Qanuna görə, ən xırda bir narahatçılıqda belə biz sərnişinləri qatardan düşürüb yoxlama aparmalıyıq”.

Qeyd edək ki, bu, metropolitendə baş verən ilk hadisə deyil. Bir neçə gün əvvəl “Neftçilər” stansiyasında oxşar hadisə yaşanıb. Lakin o zaman heç bir tüstü və ya digər hadisə qeydə alınmayıb.

OXŞAR XƏBƏRLƏR