Bakı metrosunda lift quraşdırılacaq

Bakı metrosunda lift quraşdırılacaq
Bütün Xəbərlər
17:07 10.09.2012
1817
Bakı Metropoliteninin yeni stansiyalarında eskalatorlarla yanaşı, liftlər də fəaliyyət göstərəcək. Bunu Bakı Metropoliteninin sədr müavini Arif Rəsulov Bakıda keçirilən “Şəhər tunel və yeraltı infrastrukturlar” adlı beynəlxalq konqres-sərgisində çıxış edərkən bildirib.
Onun sözlərinə görə, yeni xətlərdə 7 vaqonlu qatarlar hərəkət edəcək, stansiyalarda şüşədən hazırlanmış təhlükəsizlik qapıları quraşdırılacaq ki, bu da sərnişinlərin qatarların hərəkət etdiyi tunelə daxil olmalarını mümkünsüz edəcək.
Bundan başqa, yeni stansiyalarda ventilyasiya sistemi ilə yanaşı, kondisioner sistemi də qurulacaq: “Eskalatorlardan əlavə, liftlər və travalatorlar da qurulacaq və xüsusən də fiziki cəhətdən qüsurlu olan şəxslərə metrodan istifadədə daha rahat şərait
OXŞAR XƏBƏRLƏR