Bakı metrosunda metro kartlar niyə yoxa çıxıb?

Bakı metrosunda metro kartlar niyə yoxa çıxıb?
Bütün Xəbərlər
17:40 20.12.2011
2502
Son günlər Bakı Metropolitenindən istifadə edən sərnişinlər arasında çip-kart almaq istəyənlər problemlə üzləşiblər. Redaksiyamıza müraciət edən şikayətçilər kassalarda çip-kart tapa bilmədiklərini bildirirlər. Şikayətçilər kart almaq üçün müraciət etdikləri metrostansiyaların hamısında kart olmadığı bildirilib. Problemin səbəbini öyrənmək üçün metropolitenin mətbuat xidmətinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva çip-kart probleminin olmasından metropolitenin xəbəri olduğunu və problemin çözülməsi istiqamətində tədbir görüldüyünü dedi: “Artıq çip-kartların alınması üçün sifariş verilib və tezliklə kartlar gətirilərək satışa çıxarılacaq. Sərnişinlər bir az səbirli olsalar az müddətdən sonra yaranmış problem aradan qalxacaq”.
OXŞAR XƏBƏRLƏR