Bakı metrosunda növbəti problem – sərnişinlər təxliyə edildi

Bakı metrosunda növbəti problem – sərnişinlər təxliyə edildi
Bütün Xəbərlər
18:45 16.07.2014
1039

Bakı Metropoliteninin “İçərişəhər” stansiyasında qatarda texniki nasazlıq olub, sərnişinlər təxliyə edilib. 

Bunu AZXEBER.COM-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N.Paşayev qeyd edib ki, qatarda nasazlıq təxminən saat 15:40-da baş verib və qatar təmir üçün depoya göndərilib. Onun sözlərinə görə, yaranmış texniki nasazlıqla əlaqədar qatarların hərəkətində 25 dəqiqə gecikmə olub.

OXŞAR XƏBƏRLƏR