Bakı metrosunda problem - YENİLƏNİB

Bakı metrosunda problem - YENİLƏNİB
Bütün Xəbərlər
10:00 28.01.2015
896

Böyük sıxlıq yarandı.

Bu gün səhər saatlarında Bakı Metropolitenində problem yaranıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiNəsimi Paşayev Oxu.Az-a bildirib ki, “Həzi Aslanov” - “Dərnəgül” xətti istiqamətində hərəkət edən 38 saylı marşrutda nasazlıq yaranıb.

N.Paşayevin sözlərinə görə, metronun “Nizami” – “Elmlər Akademiyası” stansiyaları arasında hərəkət edən qatarda nasazlıq meydana gəlib, nəticədə qatar təxminən 10 dəqiqə gecikib:

““Nizami”metrostansiyasında sərnişinlər düşürdülüb və nasaz qatar depoya göndərilib. Buna görə də interval pozulub və digər qatarlarda da gecikmə yaranıb”.N.Paşayev qeyd edib ki, həmin istiqamətdə xəttə əlavə qatar buraxılıb və yaxın vaxtlarda interval bərpa olunacaq.

09:13Bu gün səhər 08:30 radələrindən etibarən Bakı metrosunun fəaliyyətində problem yaranıb.AZXEBER.COM-un məlumatına görə, qatarın “İnşaatçılar” metrostansiyasında 25 dəqiqə yubanması, digər stansiyalarda sıxlığa səbəb olub.
OXŞAR XƏBƏRLƏR