Bakı metrosunda qadına qarşı cinayət törədilib.
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Milli.Az-a verilən məlumata görə, dekabrın 12-si saat 15:00 radələrində metronun “28 May” stansiyasında Rəna Həsənovanın əl çantasından mobil telefon oğurlanıb.
Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rəhilə Meşiyeva BŞBPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub.