Qatarda qadın həmcinsini küçə söyüşü ilə söydü
Bu gün səhər saatlarında Bakı metropolitenində qadınlar əlbəyaxa davaya çıxıblar. AZXEBER.COManspress-ə istinadən verdiyi məlumata görə, hadisə metronun "20 Yanvar" stansiyasından "İnşaatçılar" stansiyasına gedən zaman baş verib. Belə ki, "20 Yanvar" stansiyasında qatara minərkən basabas düşüb. Basabas zamanı təxminən 30 yaşlı qadın 35 yaşlı həmcinsini itələyib. Qatarın qapıları bağlanan zaman isə ayağını tapdalayıb. "Zərərdidə" isə bunun müqabilində onu küçə söyüşü ilə söyüb. Əxlaqsız kəlmə işlədən qadın digər sərnişinlərin qınağına səbəb olub. Qatar "İnşaatçılar" stansiyasında dayanan zaman söyülən qadın həmcinsinin üzünə sillə ilə vurub. Bundan sonra hər iki qadın əlbəyaxa olub. Sərnişinlər onları ayırıblar. 35 yaşlı qadın xanıma yaraşmayan ifadələrini işlətməkdə davam edib. Sərnişinlərin köməyilə qadını qatardan düşürdüblər. Digər dava iştirakçısı isə qatarla gedib.