Bakı Metrosunda satıcılar ayağa qalxdı

Bakı Metrosunda satıcılar ayağa qalxdı
Bütün Xəbərlər
13:15 09.05.2012
1701

Bu gün səhərdən metronun bir sıra stansiyalarının keçidlərindəki ticarət obyektləri qapadılıb. “Nərimanov” metrostansiyasında olan əməkdaşımız bildirir ki, qapadılan obyekt sahibləri etiraz olaraq sərnişinlərin keçdikləri hissəni bağlamağa cəhd ediblər.

Lakin metropoliten işçilərinin məsələyə müdaxiləsindən sonra sahibkarların bu cəhdinin qarşısı alınıb. Bu səbəbdən metropoliten işçiləri ilə obyekt sahibləri arasında qısamüddətli mübahisə yaranıb. Əməkdaşımızın ərazidə olan metropoliten işçisindən aldığı məlumata görə, obyektlər Bakıda keçiriləcək “Eurovision” mahnı yarışması ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən verilən göstərişə uyğun olaraq yığışdırılır. Metropoliten əməkdaşı onu da qeyd edib ki, “Eurovision” müsabiqəsindən sonra ticarətçilər yenidən öz işləri ilə məşğul ola biləcəklər.

Musavat.com

OXŞAR XƏBƏRLƏR