Bakı metrosunda sərnişin özünü qatarın altına atdı

Bakı metrosunda sərnişin özünü qatarın altına atdı
Bütün Xəbərlər
15:54 09.07.2014
2190
Metronun "Elmlər Akademiyası" stansiyasında intihara cəhd hadisəsi baş verib
Stansiyada orta yaşlı bir şəxs özünü qatarın altına atmaq istəyib. Bu barədə Feysbuk sosial şəbəkəsində məlumat yayılıb.
Məlumata görə, o, qatar stansiyaya yaxınlaşmamışdan özünü relslərin üzərinə atıb. Bələdçilərin cəld işarəsindən sonra stansiyaya yaxınlaşan qatar tuneldə dayana bilib.
Bununla da faciənin qarşısı alınıb.
Metropolitenin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqlədi.
Onun sözlərinə görə, bələdçilərin müdaxiləsi nəticəsində faciənin qarşısı alınıb: “Özünün dediyinə görə, alacağı olduğu üçün intihara cəhd edib. Şəxsin vəziyyəti normaldır. Hadisə ilə əlaqədar qatarların hərəkətində heç bir fasilə yaranmayıb. Artıq intihara cəhd edən şəxs metropoliten işçiləri tərəfindən polisə təhvil verilib”.
///axar.az
OXŞAR XƏBƏRLƏR