Bakı metrosunda təşviş - FOTOLAR

Bakı metrosunda təşviş -  FOTOLAR
Bütün Xəbərlər
11:48 24.06.2014
1480

“Elmlər Akademiyası” stansiyasında baş verən hadisə sərnişinləri təşvişə salıb

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasında baş verən hadisə sərnişinləri təşvişə salıb. Təşvişə səbəb “Elmlər Akademiyası” stansiyasının birdən-birə eskalatorunun işləməməsi olub. Nəticədə stansiyada dəhşətli sıxlıq yaranıb. Sıxlıq 1 saata yaxın müddətdə davam edib. Nəticədə 100-lərlə sərnişin stansıyadan çıxmasında çətinlik yaranıb və bu da ciddi narahatlığa səbəb olub. Hadisə yerinə gələn stansiyanın texniki xidmət personalı eskalatorun xarab olmasının səbəbini belə açıqlayıb: “Ümumiyyətlə eskalatorun köhnə olması səbəbindən mütəmadi olaraq burada problemlər yaranır və bizdə bu problemin bacardığımız qədər həll etməyə çalışırıq”.

OXŞAR XƏBƏRLƏR