Bakı metrosunda uşaq ölümün bir addımlığında

Bakı metrosunda uşaq ölümün bir addımlığında
Bütün Xəbərlər
12:45 15.02.2014
1505
Hadisə uşağın valideynlərinin gözü qarşısında baş verib.
Bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasında həyəcanlı anlar yaşanıb.
AZXEBER.COM AzNews.az-a istinadən xəbər verir ki, 12-13 yaşlarında oğlan qatar reyslərinin arasına düşüb. İnsanları təşvişə salan əsas məsələ isə həmin vaxt qatarın stansiyaya daxil olması olub. Lakin xoşbəxtlikdən maşinist qatarı saxlaya bilib.
Bundan sonra stansiyada xidmət aparan polis və metro əməkdaşları uşağı reyslərin arasından çıxarıblar.
Uşaq huşunu itirmiş vəziyyətdə tibb məntəqəsinə aparılıb. Onu da qeyd edək ki, uşaq valideynlərinin gözü qarşısında qatar reyslərinin üzərinə yıxılıb.
OXŞAR XƏBƏRLƏR